...

Rusiya və Azərbaycan qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə imkan yaradacaqlar

İqtisadiyyat Materials 22 Fevral 2022 20:33 (UTC +04:00)
Rusiya və Azərbaycan qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə imkan yaradacaqlar

Bakı. Trend:

Fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanıb.

Trend xəbər verir ki, Bəyannaməyə əsasən, Tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.

Xəbər lenti

Xəbər lenti