...

Növbəti dörd il Azərbaycan iqtisadiyyatının strateji inkişafının yeni mərhələsi olacaq - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 25 Fevral 2022 11:17 (UTC +04:00)

Bakı. Sədrəddinn Ağcayev - Trend:

2022-ci il və növbəti dörd il Azərbaycan iqtisadiyyatının strateji inkişafının yeni mərhələsi olacaq.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən vergi forumunda deyib.

Onun sözlərinə görə, bu müddət ərzində rəqabətqabiliyyətliliyi, innovativ yönümlülüyü və milli iqtisadiyyatın maliyyə dayanıqlılığını gücləndirmək planlaşdırılır.

"2026-cı ilədək dayanıqlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, azad edilmiş ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası nəzərdə tutulur. 2022-2026-cı illər üzrə yeni sosial-iqtisadi inkişaf strategiyası iqtisadiyyatın bütün sektorlarında dövlət-özəl tərəfdaşlığının genişlənməsinə yönəlib", - deyə nazir bildirib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti