...

Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb

İqtisadiyyat Materials 16 Mart 2022 11:35 (UTC +04:00)
Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb.

Trend-in məlumatına görə, 2022-ci ilin yanvar ayında ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,8 faizi Türkiyə, 14,5 faizi Çin, 13,8 faizi Rusiya, 12,6 faizi Qazaxıstan, 4,9 faizi Almaniya, 3,7 faizi Ukrayna, 3,6 faizi İran, 2,9 faizi ABŞ, 2,1 faizi İtaliya, hər biri 1,9 faiz olmaqla Yaponiya, Koreya və Birləşmiş Krallıq, 1,8 faizi Türkmənistan, 1,3 faizi Fransa, hər biri 1,1 faiz olmaqla İndoneziya, Vyetnam və Hindistan, 14,0 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2021-ci ilin yanvar ayı ilə müqayisədə 2022-ci ilin yanvar ayında buğda idxalı 4,2 dəfə, bitki yağları – 1,8 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 6,3 faiz, unlu qənnadı məmulatları – 30,3 faiz, şokolad və şokolad məhsulları – 4,5 faiz, çay - 18,7 faiz, quş əti və onun əlavə məhsulları – 1,8 dəfə, minik avtomobilləri – 23,4 faiz, polad prokatı – 4,1 faiz, qara metallardan borular – 0,6 faiz, hesablama maşınları, blok və qurğuları – 16,3 faiz, rezin şinlər – 22,2 faiz, avtobuslar – 1,8 dəfə, sintetik yuyucu vasitələr – 21,1 faiz, mebellər – 2,7 dəfə, qara metallardan künclüklər – 2,7 dəfə, polipropilen – 5,5 faiz, məişət kondisionerləri – 2,9 dəfə, məişət soyuducuları – 19,4 faiz artıb, təzə meyvə idxalı isə 13,6 faiz, kartof – 7,6 faiz, təzə tərəvəz – 55,1 faiz, xam şəkər – 70,1 faiz, mal əti – 22,9 faiz, siqaretlər – 77,6 faiz, dərman vasitələri – 25,9 faiz, yük avtomobilləri – 0,3 faiz, qara metallardan çubuqlar – 35,5 faiz, polietilen – 2,9 faiz, mineral gübrələr – 85,1 faiz, paltaryuyan maşınlar – 41,4 faiz, sement – 17,3 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti