...

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat Materials 17 Mart 2022 10:18 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 15-də 104,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,14 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 103,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,14 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,5 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 106,48 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti