...

Azərbaycan nefti cüzi ucuzlaşıb

İqtisadiyyat Materials 15 Aprel 2022 15:03 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 14-də 110,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 108,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 106,57 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,07 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti