Bakı. Trend:
Bakı Metropoliteninin Bənövşəyi xətt üzərində inşa edilən "Xocəsən" deposunun sərnişin stansiyası üzərində çətirin qurulmasına başlanılıb.
Bunu Trend-in sorğusuna cavab olaraq metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda depoda kompleks tikinti-quraşdırma işləri davam etdirilir.
"Stansiya çətiri quraşdırılandan sonra platformada dəmir yolu infrastrukturu qurulacaq. Stansiyada hazırda yardımçı və texniki otaqlarda infrastruktur işləri davam etdirilir.
Bununla yanaşı, depo ərazisində də quraşdırma işləri aparılır", - B.Məmmədov deyib.
Qurum rəsmisi bildirib ki, tikinti quraşdırma işləri hazırkı səviyyədə davam edərsə, Xocəsən deposu və yerüstü metro stansiyası bu ilin axırına istifadəyə verilə bilər.