...

Azərbaycanda bitkilər üzərində yeni aqrokimyəvi maddənin sınaqları keçiriləcək

İqtisadiyyat Materials 4 May 2022 13:29 (UTC +04:00)
Azərbaycanda bitkilər üzərində yeni aqrokimyəvi maddənin sınaqları keçiriləcək
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki Aqrar İnnovasiya Mərkəzi ilə Rusiya Federasiyasının “Evrika” Elmi-İstehsalat Mərkəzi arasında “Rostok” adlı yeni aqrokimyəvi maddənin ölkədə müxtəlif kənd təsərrüfatı bitkiləri üzərində sınaqlarının keçirilməsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb

Trend bu barədə nazirliyə istinadən məlumat verir.

Müqaviləyə əsasən Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat müəssisələrinin təcrübə təsərrüfatlarında 27 hektar sahədə, 12 müxtəlif kənd təsərrüfatı bitkisi üzərində yeni aqrokimyəvi maddənin sınaqlarının aparılması nəzərdə tutulub. Yeni aqrokimyəvi maddə bitkilərin məhsuldarlığının və stres amillərin təsirinə qarşı davamlılığının artırılmasında, eləcə də böyümə və inkişafının tənzimlənməsində mühüm rol oynayır.

Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzi kənd təsərrüfatı sahəsi üzrə innovativ həllərə əsaslanan qabaqcıl texnoloji yeniliklərin tətbiqi, təbliği və təşviqi üzrə metodiki və praktiki dəstəyin göstərilməsi istiqamətində fəaliyyət göstərir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti