...

Aqrotexnologiya nəhəngləri Bakıda toplanıb (FOTO/VİDEO)

İqtisadiyyat Materials 19 May 2022 13:04
Aqrotexnologiya nəhəngləri Bakıda toplanıb (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

18 May tarixindən etibarən Bakıda 15-ci “Caspian Agro” kənd təsərrüfatı sərgisi start verib.

Ənənəvi olaraq kənd təsərrüfatı istehsal vasitələrinin tədarükçülərı, istehsalçılar, fermerlər və dövlət qurumları arasında təcrübə mübadiləsi, ünsiyyət və səmərəli tərəfdaşlıq platforması kimi özünü doğrultmuş “Caspian Agro” sərgisində 24 ölkədən 449 iştirakçı təmsil olunub. Sərgidə fermerlərə müasir aqrotexniki və aqrokimyəvi qulluq vasitələri, toxumçuluq və tingçilik məhsulları, yemlər və yem əlavələri, suvarma sistemləri, istehsal xətləri və s. kimi yüzlərlə eksponat təqdim edilib. Bu ilkli sərgi xüsusi “Smart Agro” konsepti ilə marağa səbəb olub. Türkiyə və İsrailin kənd təsərrüfatı nazirlərinin, eləcə də Gürcüstanın kənd təsəfrrüfatı nazirinin müavininin sərgidə iştirakı buna əyani sübutdur.

Kənd təsərrüfatının dayanıqlı inkişafı mütərəqqi texnologiyaların tətbiqi ilə mümkündür.

Bunların arasında Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Smart Agro” stendində Aqroservis ASC tərəfindən təqdim edilən “Robotti” texnikasını xüsusi qeyd etmək lazımdır. Regionda bir ilk olan bu texnika, hətta, dünya səviyyəsində belə cəmi bir neçə ölkədə pilot layihə kimi sınaqlardan keçirilir. Danimarkanın Agrointelli şirkətinin istehsalı olan “Robotti” heç bir sürücünün və idarəedicinin köməyinə ehtiyac olmadan avtonom şəkildə çalışan və traktoru əvəz edən innovativ bir aqrobotdur. Bu aqrobot ağıllı idarəetmə sistemilə təchiz edilmişdir ki, bu da Robottiyə heç bir müdaxilə olmadan sahə üzrə optimal marşrut seçərək işləri icra etməyə imkan yaradır. Təhlükəsizliyin təmin edilməsi üçün Robotti xüsusi ölçü cihzaları ilə təchiz edilmişdir. Bunun sayəsində o, həm də bitkilərin zədələnməsinin qarşısını ala bilir. Aqrobot eyni performanslı traktorla müqayisədə iki dəfədən çox yüngül olduğu üçün torpağın preslənməsinə yol vermir, bu isə öz növbəsində məhsuldarığa əlavə müsbət təsir edir. Robotti innovativ texnikası standart qoşqu və aqreqatlarla işləmək üçün tam uyğundur.

Stenddə digər diqqət cəlb edən innovativ texnikalardan yerli istehsal “Aqrosron 1” aqrodronunu və Almaniya istehsalı olan “Trinity F90 Plus” aqrar monitorinq dronunu qeyd etmək lazımdır. “Aqrosron 1” dronu 16 litr tutumlu dərmansəpən çən, 4 kamera ilə təchiz edilmişdir. 1 hektar ərazini 30-35 dəqiqəərzində dərmanlayıb bitirmək qabiliyyətinə malikdir.

“Trinity F90 Plus” isə multispektral və topoqrafik xəritələrin, ərazilərin və bitkilərin elektron xəritələrinin hazırlanması, zərərvericilərin və xəstəliklərin müəyyən edilməsi üzrə ixtisaslaşmış innovativ bir drondur. Bu aqrodron topladığı məlumatlar ilə məhsul yığımının vaxtının dəqiqləşməsinə və ən optimal vaxtı müəyyənləşdirərək, məhsuldan gələn gəliri maksimum həddə çatdırmağa kömək edir.

Beləliklə, biz Azərbaycan dövlətinin və ölkədə sektorun lokomotiv qüvvəsi olan Kənd Təsərrüfatı Nazirliyinin aqrar sektorda da innovativ texnologiyaların tətbiqində maraqlı olduğunu görürük. Bu, həm də hökümətin digər texnoloji pilot layihələri ilə öz təsdiqini tapır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin işğaldan azad edilmiş Zəngilan rayonunda həyata keçirdiyi “Ağıllı kənd” layihəsi özü də dünyada rast gəlinən unikal layihələrdəndir. Burada məqsəd mütərəqqi aqrotexnoloji nailiyyətlərdən istifadə edərək, kənd təsərrüfatının intensif inkişafına, fermerlərin gəlirlərinin artmasına, torpaq və su resurslarına qənaət edilməsinə və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə nail olmaqdır. Artıq bütün dünyada bu qəbul edilmiş həqiqətdir ki, intensiv və dayanıqlı kənd təsərrüfatı yalnız yüksək səmərəliliyə və dəqiqliyə malik müasir texnologiyaların tətbiqi ilə mümkündür. Bu baxımdan nazirliyin tutduğu xəttin mütləq öz bəhrəsini verəcəyi qənaətindəyik.

Meyvə bağlarında yeni standart

Sərgidə digər maraqlı texnika isə bütün dünyada öz kənd təsərrüfatı texnikalarının performansı və keyfiyyəti ilə məşhur olan New Holland şirkətinə məxsus zeytunyığan kombayn oldu. New Holland Braud 9090x zeytunyığan kombaynı ölkə üzrə öz sinfində unikal texnikadır. Kombayn 6 silindrli 175 at gücünə malik mühərriklə təchiz edilmişdir ki, bu da həm artırılmış çəkim gücü, həm də yanacağa 35% qənaət imkanı verir. New Holland Braud 9090x zeytunun daha tez və itkisiz yığılmağını təmin edir. GPS texnologiyası ilə təchiz edilmiş xüsusi RTK sistemi sahənin xəritələnməsi və İntelliView monitoru vasitəsilə cərgələrə nəzarət imkanı yaradır. Bunun sayəsində sistem məhsulun yığıldığı və yığılmadığı cərgələri ölçə bilir. Eyni zamanda kombaynda yığımdan öncə və sonra avtomatik çəki ölçmə mexanizmi mövcuddur. Bu isə sahələrin məhsuldarığını ölçməyə və nəzarətdə saxlamağa imkan verir.

Öncəki illərdən fərqli olaraq, New Holland stendində çox sayda yeni traktor modelləri də müşahidə edilir. Şirkət rəsmisi tərəfindən bu ildən Azərbaycan bazarında New Holland markalı traktorların iri, orta və kiçik ölçülü təsərrüfatlarda, bağlarda istifadə edilən çox sayda model ilə təmsil olunacağı bildirildi.

+ NH Olive Harvesterin müsahibə videosu

Fermerlər italyan texnologiyalarına maraq göstərir

Sərgidə İtaliyadan Maschio Gaspardo şirkəti də iştirak edir. Maschio Gaspardo çox geniş model sırasına malik bir şirkətdir. Xüsusilə qeyd etmək lazımdır ki, şirkət Azərbaycan bazarında bağçılıq sahəsində geniş istifadə edilən bütün növ aqreqatları ilə rəğbət qazanıb.

Bu ilki sərgidə şirkət yerli bazarda unikal olan 3.2 tonluq, GPS sistemi və ərazi relyefinin izlənməsi sisteminə malik, nəzarət monitorları ilə təchiz edilmiş qoşulan tip innovativ ağıllı Gaspardo Campo 32 dərmansəpəni də nümayiş etdirir. Bu dərmansəpən xüsusi ölçü, nəzarət və hidravlik açılan qolların üzrərində yerləşən hava yastıqları mexanizmləri vasitəsilə pestisid tətbiqinin daha səmərəli şəkildə həyata keçirilməsini təmin edir.

Bundan başqa stenddə kiçik və orta ölçülü fermer təsərrüfatlarına dəstək məqsədilə daha münasib qiymətə təqdim edilən Maschio Pitagora presbağlayan aqreqatı da görə bilərik. Bu model presbağlayanlar nahamar relyefdə istifadənin asanlaşdırılması üçün ramanın möhkəmləndirilməsi məqsədilə üçüncü əlavə dayaq təkərləri ilə təchiz edilmişdir. Pitagoranın daha bir üstün cəhəti bundan ibarətdir ki, fermerlərin ən çox əziyyət çəkdiyi, yabaların sıradan çıxması problemi bu presbağlayanlarda aradan qaldırılmışdır. Xüsusi qoruyucu boltlar bu texnikalarda qəza anında yabaların sıradan çıxmasının qarşısını alır.

Eyni zamanda, Maschio Gaspardo markası sərgidə öz pnevmatik dəqiq səpin aqreqatlarını, pambıqçılıqda istifadə üçün nəzərdə tutulan kultivatorlarını və s. aqreqatlarını nümayiş etdirir.

Ağıllı nəzarət-ölçü mexanizmləri aqrosektorda yeni trend yaradır

Sərgidə bu il ağıllı ölçü və nəzarət mexanizmləri üzrə yeni şirkətlərin iştirakı müşahidə edilir. Bu tip texnologiyalar yaxın illərdə sektorun gələcəyini dəyişəcək texnologiyalar sırasında olacaq. Bu cür markalardan biri də Cognitive Agro Pilot stendində təmsil edilir. Agro Pilot ağıllı kameraları yeni nəsil kombaynlara quraşdırılır. Bu mexanizm süni intellektin köməyi ilə kombayn sürücürlərinə gecə və pis görüntü şəraitində təhlükəsiz idarəetməni təmin edir. Eyni zamanda texnologiya avtonom idarə edilən komaynların fəaliyyətinin tənzimlənməsində istifadə edilir. Xüsusi kameralar və ağıllı sistyem vasitəsilə mexanizm kombaynın hgərəkət trayektoriyasını müəyyən edir, təhlükə anında hərəkəti saxlayır və s. Nəticə etibarilə bu texnoloji həll dən itkisinin qarşısını almaqda, məhsuldarlığı artırmaqda və yığımın sürətlənməsində fermerlərə kömək edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti