Bakı. Trend:
Sosial ödənişlərin artırılması Azərbaycanda aparılan uğurlu sosial islahatların əsas istiqamətlərindən biridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ildən ötən dövrdə ölkəmizdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılmasını nəzərdə tutan ardıcıl islahatlar 4 mln. insanı əhatə edib. Ümumilikdə həmin dövrdə ölkəmizdə 3 sosial islahat paketi həyata keçirilib.
Vətəndaş rifahının yaxşılaşdılmasında ciddi irəliləyişləri təmin edən həmin islahatlar üçün əlavə olaraq illik 6 mlrd. manat vəsait ayrılıb.