Bakı. Trend:
2022-ci ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2,7 faiz artaraq 27,4 milyard manat təşkil edib.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz, sənayenin qeyri neft-qaz sektorunda isə 15,1 faiz artıb.
Sənaye məhsulunun 74,5 faizi mədənçıxarma, 21,1 faizi emal, 3,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.