...

“Kəlbəcərin turizm inkişafı Konsepsiyası” hazırlanır

İqtisadiyyat Materials 4 İyun 2022 12:47 (UTC +04:00)
“Kəlbəcərin turizm inkişafı Konsepsiyası” hazırlanır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Turizm Agentliyi tərəfindən cari ilin may ayında Kəlbəcər rayonunun İstisu qəsəbəsinin turizm əsaslı uzunmüddətli və davamlı inkişafı istiqamətində ərazilərə baxış keçirilmiş, hədəflər, istiqamətlər müəyyən edilmiş və Kəlbəcər rayonunun çoxşaxəli turizm potensiallı olduğunu nəzərə alaraq, hazırda ərazidə turizm resurslardan səmərəli istifadə, strateji hədəflər, turizm növləri, turizm və rekreasiya zonalarının inkişafı istiqamətlərini özündə əks etdirəcək “Kəlbəcərin turizm inkişafı Konsepsiyası” hazırlanır.

Trend-in xəbərinə görə, bu, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclasında bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti