...

Azərbaycanla Gürcüstan arasında münasibətlər koronavirus pandemiyası dövründə daha aktiv inkişaf etməyə başladı - Səfir

İqtisadiyyat Materials 29 İyun 2022 11:35 (UTC +04:00)
Azərbaycanla Gürcüstan arasında münasibətlər koronavirus pandemiyası dövründə daha aktiv inkişaf etməyə başladı - Səfir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Gürcüstan arasında münasibətlər koronavirus pandemiyası dövründə daha aktiv inkişaf etməyə başladı.

Trend-in məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Patradze Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda deyib.

Onun sözlərinə görə, 2021-ci ildə Bakıda iqtisadi komissiyanın iclası keçirilib və növbəti iclasın 2022-ci ildə Gürcüstanda keçirilməsi planlaşdırılır.

"Qeyd etmək istəyirəm ki, əməkdaşlığımız siyasi, iqtisadi və digər sahələrdə inkişaf edir. Biz çox şadıq ki, ölkələrimiz arasında ticarət dövriyyəsi bir milyard dolları keçib", səfir deyib.

Z.Patradze əlavə edib ki, Gürcüstanda biznes üçün çox əlverişli şərait yaradılıb.

"Biz şadıq ki, Gürcüstanda çoxlu sayda azərbaycanlı sahibkar işləyir və bu say artmaqda davam edəcək", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti