Zəngilan. Trend:
Avropa İttifaqı (Aİ) su ehtiyatlarının idarə olunmasında Azərbaycana kömək göstərməkdə davam edəcək.
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petert Mixalko Zəngilanın Ağalı kəndində “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans zamanı deyib.
"Dünyada su ehtiyatlarının idarə olunması məsələsi aktuallaşır. Aİ bu sahədə Azərbaycanın əsas tərəfdaşlarından biridir. Biz bundan sonra Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyirik, çünki "yaşıl" transformasiya əməkdaşlığımızın prioritetidir, dayanıqlı inkişaf isə su ehtiyatlarının səmərəli idarə olunması və suya çıxışdan asılıdır", - P.Mixalko deyib.
Onun sözlərinə görə, Aİ Azərbaycan hökumətinin bundan sonra da reallaşdıracağı layihələrə kömək göstərməkdə maraqlıdır.
(Tərcümə: Orxan Nəbiyev)