...

Ölkəmizə xaricdən gətirilən damazlıq və kəsimlik heyvanlar mütləq karantinə alınır - AQTA

İqtisadiyyat Materials 29 İyun 2022 16:57 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xarici ölkələrdən diri heyvanlar, ət və ət məhsulları Azərbaycana gətirilməsinə həmin ölkənin epizootik vəziyyəti nəzərə alınaraq icazə verilir.

Bunu Trend-ə AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

Onun sözlərinə görə, xaricdən ölkəmizə göndərilən heyvanlar beynəlxalq səviyyədə tanınan sənədlərlə müşayiət olunur.

"Ölkəmizə xaricdən gətirilən damazlıq və kəsimlik heyvanlar mütləq karantinə alınır. Karantin dövründə heyvanların sağlamlığına nəzarət həyata keçirilir və xəstəliklə bağlı şübhəli hal qeydə alınmazsa, onların kəsiminə icazə verilir. Xaricdən damazlıq üçün ölkəmizə gətirilən heyvanlar üçün karantin müddəti bir ay, kəsim üçün olanlarda isə qısadır. Bundan başqa, ölkəmizə xaricdən gətirilən ətlərin də sağlamlıq vəziyyəti, daşınma sənədləri və baytarlıq sertfikatları yoxlanılır", - şöbə müdiri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti