...

İranın energetika naziri Azərbaycana səfər edəcək

İqtisadiyyat Materials 4 İyul 2022 15:41 (UTC +04:00)
İranın energetika naziri Azərbaycana səfər edəcək
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın energetika naziri Əli Əkbər Mehrabian sabah (5 iyul) Azərbaycana bir günlük rəsmi səfər edəcək.

Bu barədə Trend diplomatik mənbəyə istinadən məlumat verir.

Məlumata görə, azərbaycanlı həmkarının rəsmi dəvəti əsasında baş tutacaq səfərdə iranlı naziri 10 nəfərlik heyət müşayiət edir.

Səfər çərçivəsində iranlı nazir Azərbaycan rəsmiləri, o cümlədən Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Baş Nazirin müavini Şahin Mustafayevlə görüşərək danışıqlar aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti