...

İşğaldan azad olunmuş ərazilərdə 30 Türkiyə şirkəti fəaliyyət göstərir

İqtisadiyyat Materials 6 İyul 2022 17:13 (UTC +04:00)
İşğaldan azad olunmuş ərazilərdə 30 Türkiyə şirkəti fəaliyyət göstərir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Türkiyənin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 şirkəti fəaliyyət göstərir.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş Caspian Energy Forumun xüsusi sessiyasında çıxış edən Türkiyə Səfirliyinin baş ticarət müşaviri Yakup Sefer deyib.

Y.Sefer həmin şirkətlərin yatırdığı vəsaiti də açıqlayıb.

"Ümumilikdə isə 1 milyard ABŞ dollarlıq investisiyadan danışırıq. Amma bu investisiyalar artacaq", - deyə o əlavə edib.

Onun sözlərinə görə, ölkələrimiz arasında turist axınları da artır.

"Bu il Azərbaycandan Türkiyəyə 135 min, Türkiyədən Azərbaycana isə 125 min nəfər səfər edib", - deyə Y.Sefer bildirib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti