Bakı. Trend:
Türkiyənin Maliyyə Nazirliyi bu ilin II rübündə bu ilin yanvar-mart ayları ilə müqayisədə ölkənin ÜDM-nin daha yüksək artım templərini gözləyir.
Trend-in məlumatına görə, bunu Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati NTV telekanalının efirində deyib.
Nəbati xatırladıb ki, Türkiyə iqtisadiyyatının birinci rübdə artımı 7,3 faiz təşkil edib.
Türkiyə tarixinin ən çətin dövrlərində belə, ölkəmizin tədiyyə balansı və cari əməliyyatlar hesabının kəsiri ilə bağlı heç bir problemi olmayıb.
Nazir əmin edib ki, bundan sonra da belə olacaq.