...

VTB Azərbaycanda mövcudluğunu davam etdirmək niyyətindədir - Andrey Kostin

İqtisadiyyat Materials 6 Sentyabr 2022 13:22 (UTC +04:00)
VTB Azərbaycanda mövcudluğunu davam etdirmək niyyətindədir - Andrey Kostin
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

VTB Azərbaycan, Çin, Hindistan, Qazaxıstan, Vyetnam bazarlarında mövcudluğunu davam etdirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu bankın rəhbəri Andrey Kostin Rusiyada keçirilən Şərq İqtisadi Forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, bu ölkələrdə filialların və törəmə bankların olması stabil əlaqə kanallarının təmin olunmasına imkan verir.

"İndi yeni filiallar açmaq çətindir, fikrimcə, indi mövcud bankların düzgün fəaliyyət sistemini yaratmaq və qoruyub saxlamaq vacibdir. VTB-nin Çin, Hindistan, Vyetnam, eləcə də Azərbaycan, Ermənistan və Qazaxıstanda bankları var. Onların işləməsi kifayət qədər vacibdir", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti