Bakı. Trend:
Macarıstan "yaşıl enerji" dəhlizində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov öz "Twitter" səhifəsində yazıb.
"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə səmərəli görüşümüz oldu. Macarıstan Qara dəniz sualtı elektrik xətti layihəsində iştirak etməklə "yaşıl enerji" dəhlizində tərəfdaşımız olmaqda qərarlıdır", - nazirt bildirib.