...

Bu il Azərbaycanda “Apple Pay” vasitəsilə 400 milyon manata yaxın ödəniş olub

İqtisadiyyat Materials 27 Oktyabr 2022 20:35 (UTC +04:00)
Bu il Azərbaycanda “Apple Pay” vasitəsilə 400 milyon manata yaxın ödəniş olub
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda “Apple Pay” ödәniş hәlli vasitәsilә aparılan ödәnişlәrin hәcmi 390 milyon manat təşkil edib.

Trend bu gün "Vergilər" onlayn qəzetinə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.

Onun sözlərinə görə, hesaba dövründə həmin sistem vasitəsilə aparılan ödәnişlәrin sayı 13 milyon olub.

"Bu ödəniş həlli ilə əməliyyatların say və həcm göstəriciləri qısa müddətdə sürətlə artır. Bu ilin sentyabr ayındakı “Apple Pay” ödәnişlərinin sayı və həcmi yanvar ayının analoji göstəricilərini müvafiq olaraq 3 və 2,8 dəfə üstələyib", - deyə o bildirib.

Qeyd edək ki, "Apple Pay" sistemi Azərbaycanda 2021-ci ilin noyabrında işə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti