Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı ölkədə inflyasiyanın maksimum azalmasını hədəfləyir.
Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan Mərkəzi Bankı İdarə heyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, uçot dərəcəsinin artırılmasından sonra bankın analitikləri bazarda müsbət dəyişiklikləri müşahidə edir.
"Uçot dərəcəsinin bu və ya digər istiqamətə dəyişməsi inflyasiyaya real təsir göstərir. Bizim müəyyən etdiyimiz dəhlizə çatdıqda uçot dərəcəsi maliyyə bazarının canlandırılması istiqamətində dəyişdiriləcək", - o deyib.