Bakı. Trend:
Qazaxıstan və Azərbaycan enerji və nəqliyyat sahələrində münasibətləri inkişaf etdirməyə çalışır.
Trend-in məlumatına görə, bunu çərşənbə günü Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Qazaxıstanda keçiriləck prezident seçkilərinə həsr olunmuş mətbuat konfransı zamanı deyib.
"Trans-Xəzər dəhlizinin buraxılış gücünün artırılması, Xəzər dənizinin dibi ilə fiber-optik əlaqənin inkişaf etdirilməsi, eləcə də neft sektorunda əməkdaşlığın genişləndirilməsi ölkələrimiz arasında əməkdaşlıqda əsas prioritetlərdəndir", - səfir deyib.
Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan iqtisadi əlaqələrdə mühüm nəticələr əldə edib və bu əlaqələrin genişləndirilməsi üçün böyük potensiala malikdir.