...

Türkiyədən Azərbaycana iri ölçülü boruların daşınması təmin edilib

İqtisadiyyat Materials 29 Noyabr 2022 11:41 (UTC +04:00)
Türkiyədən Azərbaycana iri ölçülü boruların daşınması təmin edilib

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” növbəti layihəni uğurla icra etdi. Şirkət Türkiyədən Azərbaycana iri ölçülü boruların daşınmasını təmin etdi.

Layihə hərəsi 10 ton çəkisi olan 100 ədəd borunun Türkiyədən ölkəmizə daşınmasını nəzərdə tuturdu. Yüklər qardaş ölkənin Arifiyə stansiyasından, Azərbaycanın Şəmkir stansiyasına qədər nəql edilib. Hər boru 1 platformada yerləşdirilib. Onlardan artıq 20-si Azərbaycana çatdırılıb, digərləri yoldadır.

Borular Türkiyə ərazisi ilə 2063 km, Gürcüstan ərazisi ilə 210 km və Azərbaycan ərazisi ilə 118-km, ümumilikdə isə 2391 km yolu qət edərək ünvana çatdırılıb. Daşıma Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə gerçəkləşdirilib.

Qeyd edək ki, ADY Express layihənin icrasını Türkiyədəki tərəfdaşı - “PASİFİK EURASİA LOJİSTİK DIŞ TİCARET A.Ş.” şirkəti və Gürcüstandakı tərəfdaşı – “GR Logistics & Terminals” şirkəti ilə birgə təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti