Bakı. Trend:
2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 26 milyon 590 min 830 ton xam neft qəbul edib.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara xam neft qəbulu 1 milyon 658 min 260 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə xam neft daşınması 24 milyon 932 min 570 ton olub”, - deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2022-ci ilin yanvar-oktyabr ayında Türkiyə limanlarından transit yolu ilə 40 milyon 708 min 126 ton xam neft daşınıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 330 milyon 806 min 286 ton yük qəbul edib.
2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 23 milyon 763 min 641 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 307 milyon 42 min 645 ton təşkil edib.
Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 66 milyon 999 min 239 ton transit yük daşınıb.
2021-ci ildə Türkiyə limanları 386 milyon 396 min 718 min ton yük qəbul edib.
Göstərilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 999 min 196 min ton təşkil edib.
2021-ci ildə digər ölkələrin bayraqları altında üzən gəmilərlə Türkiyə limanlarına yük daşıma 356 milyon 397 min 522 min ton təşkil edib.
Bundan əlavə, ötən il Türkiyə limanları 78 milyon 8 min 944 ton tranzit yük daşıyıb.