...

Əli Əsədov Dağıstanın rəhbəri Sergey Məlikov ilə görüşüb

İqtisadiyyat Materials 6 Dekabr 2022 17:57 (UTC +04:00)
Əli Əsədov Dağıstanın rəhbəri Sergey Məlikov ilə görüşüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Dekabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan ilə Dağıstan arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq bildirilib, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə edilib.

Tərəflər əmin olduqlarını bildiriblər ki, Azərbaycan ilə Dağıstan arasında əməkdaşlıq bundan sonra da qarşılıqlı faydalı Azərbaycan-Rusiya tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti