...

Udmurtiya Azərbaycanda ticarət nümayəndəliyi şəbəkəsini genişləndirməyi planlaşdırır

İqtisadiyyat Materials 9 Dekabr 2022 15:46 (UTC +04:00)
Udmurtiya Azərbaycanda ticarət nümayəndəliyi şəbəkəsini genişləndirməyi planlaşdırır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Udmurtiya (Rusiya) Azərbaycanda ticarət nümayəndəliyi şəbəkəsini genişləndirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə cümə günü Rusiya mətbuatına Udmurtiya baş nazirinin birinci müavini Konstantin Suntsov bildirib.

"Gələn il Udmurtiya beynəlxalq işgüzar səfərlər baxımından işləri intensivləşdirməyi planlaşdırır. 2023-cü ildə, həmçinin, Azərbaycan və Vyetnamda da ticarət nümayəndəlikləri şəbəkəsini genişləndirməyi planlaşdırırıq", - deyə Suntsov bildirib.

Onun sözlərinə görə, 11 ayda Udmurtiyanın İnkişaf Korporasiyasının İxraca Dəstək Mərkəzinin yardımı ilə 33 şirkət 23,3 milyon ABŞ dolları dəyərində ixrac müqaviləsi imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti