Bakı. Trend:
Azərbaycanda gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair yeni qaydalar təsdiq ediləcək.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitənin bu gün keçirilən iclasında müzakirə edilən Gömrük Məcəlləsində dəyişiklikdə əksini tapıb.
Layihədə qeyd edilib ki, gömrük dəyərinin müəyyən edilməsi sahəsində vahid praktikanın formalaşması, bu sahədə sui-istifadə və neqativ halların qarşısının alınması məqsədilə gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar təsdiq ediləcək.