...

"Anglo Asian Mining" Azərbaycan yatağının ermənilər tərəfindən qanunsuz istismarı ilə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək

İqtisadiyyat Materials 13 Dekabr 2022 16:51 (UTC +04:00)
"Anglo Asian Mining" Azərbaycan yatağının ermənilər tərəfindən qanunsuz istismarı ilə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining” əməliyyat şirkəti Qızılbulaq yatağının Ermənistan tərəfindən qanunsuz istismarı ilə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək.

Bu barədə Trend-ə "Anglo Asian Mining"in maliyyə direktoru İlham Xəlilov deyib.

Onun sözlərinə görə, bu prosesi ya hökumət, ya da "Anglo Asian Mining" şirkəti tərəfindən həyata keçiriləcək.

“Erməni tərəfinin vurduğu zərərin miqdarını da dəqiqləşdirməli olacağıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Ermənistan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Qızılbulaq qızıl yatağı və Dəmirli mis-molibden yatağının qanunsuz istismarını davam etdirir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti