...

Faiz subsidiyalaşdırılması üçün müraciət edən sahibkarların sayı açıqlanıb

İqtisadiyyat Materials 26 Dekabr 2022 10:58 (UTC +04:00)

Bakı. Trend:

1 dekabr 2022-ci il tarixinədək mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində Sahibkarlığın İnkişafı Fonduna 6.333 müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Bunlardan 5.047-si üzrə subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib.

Təsdiqlənmiş subsidiyanın məbləği 71,4 mln. manat təşkil edir və bunun da 67,9 mln. manatı sahibkarlara ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti