...

Beynəlxalq avtomobil daşımaları üçün operatorlara icazə verilməsi qaydası dəyişib

İqtisadiyyat Materials 30 Dekabr 2022 17:49 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası ərazisində avtonəqliyyat vasitələrinin sahibləri üçün icazə sisteminin tələbləri nəzərə alınmaqla, beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin ümumi qayda və şərtlərinə dəyişiklik edilib.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin “İcazə Sistemi” haqqında Əsasnamə”yə etdiyi dəyişiklikdə əksini tapıb.

Qərar “Avropa Nəqliyyat Nazirləri Konfransı haqqında Protokola qoşulmaq barədə” 1998-ci il 27 noyabr № 545-IQ nömrəli Azərbaycan Respublikasının Qanunundan irəli gələn bir sıra öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsi məqsədilə hazırlanıb.

Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”yə əlavə edilmiş 7-1-ci bəndə əsasən Beynəlxalq Nəqliyyat Forumunun “İcazə”lərinin “Avropa Nəqliyyat Nazirləri Konfransının Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən daşımalar üçün Keyfiyyət Xartiyası”nın işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları və bu daşımalarda iştirak edən sürücülərin hazırlıq səviyyəsinə dair tələblərinə cavab verən operatorlara verilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti