...

Regionlarda məşğulluğun təmin edilməsi vacib məsələlərdən biridir - Agentlik sədri

İqtisadiyyat Materials 6 Yanvar 2023 08:05 (UTC +04:00)
Regionlarda məşğulluğun təmin edilməsi vacib məsələlərdən biridir - Agentlik sədri
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Regionlarda məşğulluğun təmin edilməsi vacib məsələlərdən biridir.

Bunu Trend-ə özəl açıqlamasında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, hazırda agentlik bütün regionlarda təmsil olunur.

"Bir neçə struktur dəyişikliyi çərçivəsində regional məşğulluq bölmələri və yeni işçi heyəti formalaşdırmışıq. İşçilərin bilik və bacarıqlarını artırmışıq ki, regionlarda işsizlərə xidmət göstərə bilsinlər. Biz inanırıq ki, bu proseslər çərçivəsində regionlar paytaxtdan geri qalmamalıdır. Əlbəttə burada innovativ yanaşmaları da vurğulamalıyıq. Xüsusilə “Əmək və Məşğulluq“ altsistemi (ƏMAS) və ölkənin məşğulluq xəritəsini göstərmək olar. Biz məşğulluq xəritəsinə əsasən ölkənin bütün inzibati vahidləri üzrə demoqrafik göstəriciləri və məşğulluq imkanlarını real şəkildə formalaşdıracağıq. Bu da bizim regionlarda vətəndaşlarımızın əmək bazarına girişlərini də fərqli formada həyata keçirtməyə imkan yaradacaq", - deyə idarə heyətinin sədri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti