...

Şərqi-Zəngəzur və Qarabağda mineral xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə işlər başa çatmaqdadır (FOTO)

İqtisadiyyat Materials 17 Yanvar 2023 11:12 (UTC +04:00)
Şərqi-Zəngəzur və Qarabağda mineral xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə işlər başa çatmaqdadır (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şərqi-Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mineral xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə işlər başa çatmaqdadır.

Trend-in məlumatına görə, bunu bu gün Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, həmin ərazilər 30 ilə yaxın işğal altında olduğu üçün ehtiyatları dəyərləndirmək mümkün olmamışdı.

"Zəfərdən sonra bizim ilk fəaliyyətimiz oranın mineral xammal ehtiyatlarının qiymətləndirilməsinə yönəldi. Artıq bu işlər başa çatmaqdadır. Bizim məqsədimiz işğal dövründə ölkəmizə dəymiş zərərin miqyasının müəyyən edilməsidir. Həmin zərər müvafiq qurumlara təqdim edilməklə, gələcəkdə bəlli hüquqi təzminat davasının açılmasına xidmət edəcək".

Xəbər lenti

Xəbər lenti