...

Azərbaycanın pul bazası il ərzində artıb

İqtisadiyyat Materials 1 Fevral 2023 19:17 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il fevralın 1-nə pul bazası 16,884 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 20,23 faiz və ya 2,84 milyard manat yüksəkdir.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Azərbaycanda pul bazası 2021-ci ilin yanvarında 14,044 milyard manat təşkil edib.

Qeyd edək ki, pul bazası özündə kommersiya banklarının tədavüldə olan nağd, sərbəst bank və məcburi ehtiyatlarını əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti