...

AYİB 3 Azərbaycan bankı ilə investisiya layihəsi imzalayacaq

İqtisadiyyat Materials 13 Fevral 2023 09:21 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə üç Azərbaycan bankı ilə investisiya layihəsi imzalamağı planlaşdırır.

Bu barədə Trend-ə AYİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Kamola Mahmudova deyib.

"AYİB 5 illik fasilədən sonra Bank Respublika ilə Azərbaycanda ticarətin maliyyələşdirilməsi üzrə sövdələşmə reallaşdırıb. Razılaşma son 10 ilin ən böyük sazişlərindən biridir və çox güclü iqtisadi inkişafdan xəbər verir. İnanırıq ki, bu, yaxın aylarda Azərbaycan biznesini beynəlxalq bazarlara daha da inteqrasiya edən çoxsaylı əməliyyatlardan biri olacaq. Bundan başqa, bu il daha üç bankı müxtəlif maliyyələşdirmə vasitəsi (kiçik və orta sahibkarlığa, həmçinin qadın sahibkarlara dəstək, ticari maliyyələşdirmə) ilə təmin etməyi nəzərdən keçiririk.

Xatırladaq ki, 2022-ci ildə AYİB Azərbaycanda doqquz layihəyə 86 milyon avro investisiya qoyub. Yaxın üç il ərzində investisiya layihələrinin gözlənilən portfeli isə 750 milyon dollar təşkil edir, bunun təqribən 300 milyon dolları 2023-cü ildə ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti