...

Azərbaycanda sahibkarların təqribən dörddə birini qadınlar təşkil edir - Orxan Məmmədov

İqtisadiyyat Materials 8 Fevral 2023 11:53 (UTC +04:00)
Azərbaycanda sahibkarların təqribən dörddə birini qadınlar təşkil edir - Orxan Məmmədov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda fərdi sahibkarlar arasında qadınların iştirakı 22 faizə çatıb.

Trend-in məlumatına görə bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumunun açılışında deyib.

Onun sözlərinə görə, ölkənin iqtisadi fəal əhalisinin 49 faizini qadınlar təşkil edirlər.

"Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığın inkişafının dəstəklənməsi Agentliyin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. KOBİA mandatına uyğun olaraq sosial sahibkarlığın və qadın sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə 2021-ci ildə ölkədə sosial sahibkarlığın inkişafı üzrə araşdırma aparılmış, tövsiyələr hazırlanmışdır", - O. Məmmədov deyib.

Sədr həmçinin sosial sahibkarlığın təşviqi məqsədilə müxtəlif regionlarda fəaliyyət göstərən KOB İnkişaf Mərkəzləri tərəfindən müvafiq mövzularda təlim və vebinarlar keçirildiyini qeyd edib.

"Ümumilikdə, həmin mərkəzlər tərəfindən 2022-ci il ərzində keçirilən təlimlərdə 4000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanmışdır", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti