...

Azərbaycanın ən böyük elektrik stansiyasının modernləşdirilməsində iştirakdan qürur duyuruq - Çen Xuacye

İqtisadiyyat Materials 13 Fevral 2023 18:06 (UTC +04:00)
Azərbaycanın ən böyük elektrik stansiyasının modernləşdirilməsində iştirakdan qürur duyuruq - Çen Xuacye

Bakı. Trend:

Azərbaycanın çox gözəl və şanlı paytaxtı Bakıya bir daha gəlmək mənim üçün çox xoşdur. İlk növbədə, “Dongfang Electric Corporation” şirkəti - DEC adından istərdim xüsusilə Mingəçevir şəhərində 1280 meqavatlıq elektrik stansiyasının təməlqoyma mərasimi ilə əlaqədar təbriklərimi sizə ifadə edim.

Trend xəbər verir ki, bunu Çinin “Dongfang” şirkətinin baş direktoru Çen Xuacye Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.

“Dongfang Electric Corporation” haqqında məlumat verən Çen Xuacye bildirib ki, Çinin ən qabaqcıl 52 dövlət müəssisəsindən biri olan DEC bu ilin əvvəlinə qədər 90-dan çox ölkədəki qlobal istifadəçilərə ümumilikdə 560 qiqavatdan çox enerji istehsal edən qurğular təqdim edib.

“DEC ilə Azərbaycanın energetika sənayesi arasında dostluq Azərbaycanda tikilməkdə olan ən böyük bərpaolunan enerji layihəsi ilə başlamışdır. Bu, Azərbaycanda ən böyük layihələrdən biri hesab olunur. Bu gün isə biz Azərbaycanın ən böyük elektrik stansiyasının təkmilləşdirilməsi və modernləşdirilməsində iştirak etməkdən daha da böyük qürur duyuruq”, - deyə Dongfang” şirkətinin baş direktoru vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti