...

Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin inkişafı barədə müzakirə aparılıb (FOTO)

İqtisadiyyat Materials 14 Fevral 2023 10:06 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və “Made in İtaly” naziri Adolfo Urso ilə görüşüb.

Trend bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, İqtisadiyyat naziri Azərbaycanın İtaliya ilə münasibətlərin inkişafına önəm verdiyini, ölkələrimiz arasında tərəfdaşlığın gücləndiyini, dövlət başçılarının səfərlərinin, keçirilən görüşlərin əlaqələrin genişləndirilməsində xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. 2020-ci ilin sonunda tam istismara verilmiş Cənub Qaz Dəhlizi ölkəmizin Avropanın önəmli enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirib, iştirakçı ölkələr arasında tərəfdaşlığı gücləndirib.

Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti barədə məlumat verilib, İtaliya şirkətləri fəal tərəfdaşlığa dəvət olunub.

İtaliyanın şirkətlər və “Made in İtaly” naziri Adolfo Urso qeyri-neft iqtisadiyyatı sahəsində əməkdaşlığın genişləndiyini qeyd edib, İtaliya şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka marağını bildirib, əlaqələrin inkişafı barədə fikirlərini bölüşüb.

Tərəflər Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivlərini, sənaye, əczaçılıq, tikinti, dəmir yolları, təhsil, qida və s. istiqamətlərdə mümkün əməkdaşlıq modellərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti