...

Azərbaycan müəssisəsi ABŞ-a məhsul ixracına başlayıb

İqtisadiyyat Materials 21 Fevral 2023 14:21 (UTC +04:00)
Azərbaycan müəssisəsi ABŞ-a məhsul ixracına başlayıb

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-nin ixrac coğrafiyası genişlənir.

Agentlikdən Trend-ə verilən məlumata görə, şirkət tərəfindən ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarına (Miçiqan ştatına) aqrotexnikalar üçün ehtiyyat hissənin (yedək parça) ixracı həyata keçirilib. Bu ölkəyə ilkin mərhələdə 36.3 ton məhsul göndərilib.

Qeyd edək ki, "Azertexnolayn" MMC 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Parkın ərazisində müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı polietilen boruların istehsalını həyata keçirir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur.

Müəssisənin məhsulları daxili bazara satılmaqla yanaşı, dünyanın 20-dən çox ölkəsinə ixrac edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti