...

Azərbaycan-Böyük Britaniya münasibətləri enerji tərəfdaşlığı hüdudlarından kənara çıxır - Britaniyalı nazir

İqtisadiyyat Materials 22 Fevral 2023 17:49 (UTC +04:00)
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Böyük Britaniyanın təhlükəsizlik məsələləri bir-biri ilə təkcə Azərbaycanın tədarük etdiyi və Avropanın enerji təhlükəsizliyinə zəmanət verən enerji resursları kontekstində əlaqəli deyil.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti deyib.

Onun sözlərinə görə, regionda nəqliyyat əlaqələrinin genişləndirilməsində Azərbaycanın rolu Böyük Britaniya üçün çox mühüm aspekt təşkil edir.

Nazir Azərbaycanla Böyük Britaniya arasında formalaşmış münasibətlərə çox yüksək qiymət verdiyini bildirib.

"Münasibətlərin inkişafını təyin edən vektor bu günədək enerji əməkdaşlığından ibarət olub. Lakin gələcəkdə ölkələr arasında münasibətlər digər istiqamətlərlə, o cümlədən, bərpa olunan enerji sahəsində əməkdaşlıq, "yaşıl" iqtisadiyyat, həmçinin, bu sektorlarda yeni iş yerlərinin açılması ilə müəyyən ediləcək", - o deyib.

Bundan əvvəl Leo Dokerti Azərbaycanın bir sıra dövlət rəsmiləri ilə, o cümlədən, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti