...

2022-ci ildə ümumi 36 min aviareys yerinə yetirilib - Samir Rzayev

İqtisadiyyat Materials 23 Fevral 2023 17:34 (UTC +04:00)
2022-ci ildə ümumi 36 min aviareys yerinə yetirilib - Samir Rzayev

Bakı. Trend:

2022-ci ildə ümumi 36 min reys yerinə yetirilib ki, onun da 18 mini daxili reyslərlə birgə, AZAL tərəfindən həyata keçirilib, bu da bu günədək olan rekord göstəricidir.

Trend xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev bildirib. O, qeyd edib ki, beynəlxalq reyslər üzrə ümumi sərnişinlərin 41%-ni AZAL, qalan 59%-ni isə digər aviaşirkətlər daşıyıb.

“Ən çox sərnişin “Turkish Airlines”, “Aeroflot”, “Utair”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınıb”.

Samir Rzayev, həmçinin, 2022-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportuna 36 xarici aviaşirkətin uçuşlar həyata keçirdiyini və 2,2 milyon sərnişinin daşındığını vurğulayıb. Bu isə, öz növbəsində, indiyədək rekord nəticədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti