...

"İnstpower" bağlanıb, 10 mindən çox insan pulunu geri ala bilmir - AÇIQLAMA

İqtisadiyyat Materials 7 Mart 2023 12:28 (UTC +04:00)
"İnstpower" bağlanıb, 10 mindən çox insan pulunu geri ala bilmir - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda məşhurlaşmış "İnstpower" şirkətinin fəaliyyətini dayandırdığı bildirilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, şişirdilmiş vədlərə aldanmış minlərlə vətəndaş sistemə yatırdığı pulunu geri ala bilmir.

Şirkətin bağlanmış saytında isə qeyd olunub ki, M10 nəzarət və vergi problemlərinə görə instpower Azərbaycan qaydalarına uyğun olaraq serveri təkmilləşdirəcək və ödəniş kanalını yeniləyəcək.

"Bu müddət ərzində gündəlik avadanlıq gəliriniz avadanlıq hesabınıza vaxtında daxil olacaq, zəhmət olmasa gözləyin. səbirlə!", - deyə məlumatda qeyd olunub.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, maliyyə piramidalarının ilkin mərhələsində ona üzv olanlar maliyyə piramidasından vəd edilmiş qazancı əldə edə bilirlər.

"Maliyyə piramidası iştirakçılarını daim yeni maliyyə mənbələrinə cəlb edərək mənfəət əldə etmək üçün bir yoldur. Birinci iş prinsipi daha çox insanın bura cəlb olunmasıdır. İlk qoşulanlara qoyduqları pulun qarşılığında faizlər ödənilir. Bu cür şirkətlər əgər sizdən kimisə - qohumu, tanışı, dostu gətirməyi tələb edirsə, başqalarını gətirməklə daha çox qazanc vəd edirsə, deməli, bu, piramida sistemidir. Yəni siz oraya özünüzlə bərabər, başqalarını da cəlb edəndə daha çox qazanc əldə edirsiniz. Yaxud da yeni gələn adamların pulları yığılır və köhnə istifadəçilərə təqdim olunur. İlk qoşulanlar nəsə gəlir əldə etsələr də, sonradan onlara qoşulanlar heç nə əldə etmirlər. İnsanlar axın etdikcə maliyyə kütləsi böyüyür. Əslində, bu piramidalar heç bir iqtisadi əsasa söykənmir. Burada sual olunur ki, insanlar heç bir əsası olmayan bu piramidalara niyə maraq göstərir. İnsanlar, əsasən, onlara söz verilən dvidentlərə aldanırlar. İlk qoşulanlar bu xeyiri gördüyünə görə sonradan gələnlər üçün nümunə olurlar və beləcə, insanlar aldanır. Vətəndaşlarımıza tövsiyə edərdim ki, böyük dvidentlər söz verən təşkilatlara inanmasınlar." - deyə, ekspert bildirib.

Xatırladaq ki, "İnstpower" piramidasının fəaliyyətini dayandırması nəticəsində Azərbaycanda 10 mindən çox insana ziyan dəydiyi ehitmal edilir. Məsələ ilə bağlı hüquq mühafizə oraqnları tərəfindən hələki heç bir rəsmi məlumat yayılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti