...

Azərbaycanla Qazaxıstan arasında əmtəə dövriyyəsi 4 dəfədən çox artıb - Nazir

İqtisadiyyat Materials 7 Aprel 2023 13:10 (UTC +04:00)
Azərbaycanla Qazaxıstan arasında əmtəə dövriyyəsi 4 dəfədən çox artıb - Nazir
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Hökumətlərarası komissiya əməkdaşlıq istiqamətlərinin perspektivlərinin müəyyən edilməsində mühüm rol oynayır. Əminəm ki, hazırkı iclas əməkdaşlığımıza təkan verəcək.

Trend cümə günü xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclasında deyib.

O, Azərbaycan və Qazaxıstanın bu gün bir sıra layihələrin iştirakçısı olduğunu qeyd edib.

P.Şahbazov Azərbaycan-Qazaxıstan münasibətlərinin liderlərimizin siyasi iradələri sayəsində möhkəmləndiyini qeyd edib.

Nazir Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 2022-ci ilin avqustunda Azərbaycana səfəri zamanı 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişafına dair kompleks proqramın imzalandığını və bunun əməkdaşlığımızın yol xəritəsi olacağını əlavə edib.

Ticari əlaqələrin əhəmiyyətini qeyd edən nazir ölkələrimiz arasında əmtəə dövriyyəsinin 4,4 dəfədən çox artaraq 598 milyon dollara çatdığını deyib.

P.Şahbazov həmçinin nəqliyyat sahəsində əməkdaşlıq məsələsinə toxunub. O, ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafının son dərəcə mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək Bakının mövcud marşrutlar çərçivəsində əməkdaşlığı davam etdirməyə hazır olduğunu əlavə edib.

Nazir energetika kontesktində iki ölkənin milli neft-qaz şirkətləri olan SOCAR və "KazMunayQaz" arasında imzalanmış beşillik müqavilənin əhəmiyyətini qeyd edib.

Yaşıl enerjidən danışan P.Şahbazov Azərbaycan və Qazaxıstanın təmiz enerji sahəsində effektiv təcrübə mübadiləsi apardığını deyib.

Nazir son olaraq Azərbaycanın Qazaxıstan şirkətləri ilə istər ənənəvi, istərsə də bərpa olunan enerji sahəsində əməkdaşlığa hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti