...

Azərbaycandan Avropaya təmiz resursların ixracı bütün regionun enerji təhlükəsizliyini təmin edəcək - Dünya Bankı

İqtisadiyyat Materials 7 Aprel 2023 14:26 (UTC +04:00)
Azərbaycandan Avropaya təmiz resursların ixracı bütün regionun enerji təhlükəsizliyini təmin edəcək - Dünya Bankı
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan Avropaya təmiz resursların ixracı təkcə Gürcüstanın deyil, bütünlükdə Cənubi Qafqazın və Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

Trend cümə günü Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqazdakı regional direktoru Sebastyan Molineus aprelin 6-da Tbilisidə keçirilən Qara dəniz sualtı kabel layihəsi üzrə yüksək səviyyəli görüşdə çıxışında deyib.

"Qara dəniz sualtı kabel layihəsi Cənubi Qafqazla Avropa arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək. Dünya Bankı üçün yüksək strateji əhəmiyyət kəsb edən bu layihənin icrasında iştirak etmək qürurvericidir", - o deyib.

Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyanın Qara dəniz sahillərinədək elektrik kabelinin çəkilməsi haqqında saziş imzalanıb.

Layihə çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1 195 kilometr uzunluqda elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Bu məqsədlə və Dünya Bankının dəstəyi ilə 2023-cü ilin sonunadək layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti