Bakı. Trend:
Auditor hesabatlarına əsasən büdcə qanunvericiliyi və dövlət satınalmaları üzrə nöqsanlara daha çox rast gəlinib.
Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir.
Başa çatdırılmış auditlər üzrə aşkar edilmiş pozuntuların say ifadəsində bölgüsü aşağıdakı kimidir:
Büdcə qanunvericiliyi üzrə 52,2%;
Dövlət satınalmaları üzrə 26,5%;
Əsaslı vəsait qoyuluşu üzrə 9,7%;
Vergi və gömrük qanunvericiliyi üzrə 5,2%;
Dövlət əmlakının istifadəsi üzrə 4,1%;
Sosial müdafiə və sosial təminat üzrə 2,3%.
Qeyd edək ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı müzakirə edilir.