...

Bəzi qurumlar il sonuna icra edilməyən 5,5 milyon manat vəsaiti geri qaytarmaq istəməyib - Palata

İqtisadiyyat Materials 12 Aprel 2023 13:00 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi qurumlar il sonuna icra edilməyən vəsaitləri geri qaytarmaq istəməyib.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir.

Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında Hesabatına əsasən büdcə vəsaitlərinin idarəedilməsində xarakterik nöqsanlardan biri də bəzi qurumlar tərəfindən ilin sonunda xəzinə hesablarında qalan vəsaitin büdcəyə qaytarılmaması üçün üçtərəfli müqavilə bağlamaqla banklarda açılan akkreditiv hesablara vəsaitin yönəldilməsidir. Uyğunluq auditlərinin nəticəsində 5,5 mln. manatın akkreditiv hesablara istiqamətləndiyi müəyyən edilib.

Qeyd edək ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı müzakirə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti