...

Ağdamda süd məhsullarının istehsalı müəssisəsi yaradılacaq

İqtisadiyyat Materials 18 Aprel 2023 11:29 (UTC +04:00)
Ağdamda süd məhsullarının istehsalı müəssisəsi yaradılacaq

Bakı. Trend:

Ağdamda süd məhsullarının istehsalı müəssisəsi yaradılacaq.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib.

Ağdam Süd MMC tərəfindən investisiya həcmi 2,2 mln. manat olan süd məhsullarının istehsalı müəssisəsi yaradılacaq və 40 nəfər işlə təmin ediləcək", - nazir yazıb.

Qeyd edək ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyev 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılıb.

Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti