...

Azərbaycanın su enerjisinin toplam gücü artıb - Beynəlxalq Agentlik

İqtisadiyyat Materials 28 Aprel 2023 09:40 (UTC +04:00)
Azərbaycanın su enerjisinin toplam gücü artıb - Beynəlxalq Agentlik

Bakı. Trend:

2022-ci ildə Azərbaycanın su enerjisinin toplam gücü 1177 meqavat olub.

Trend cümə günü xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) nəşrində deyilir.

Agentliyin məlumatlarına əsasən, bu göstərici 2021-ci ilki 1157 meqavatla müqayisədə 1,72 faiz, 2020-ci ilki 1149 meqavatla müqayisədə 2,43 faiz, 2019-cu ilki 1145 meqavatla müqayisədə isə 2,79 faiz artıb.

Eyni zamanda hesabat dövründə Azərbaycanda günəş enerjisinin gücü 51 meqavat olub ki, bu da 2021-ci ildəkindən (48 meqavat) 6,25 faiz çoxdur.

Qeyd edək ki, IRENA-nın məlumatlarına əsasən 2022-ci ildə Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi gücü 1339 meqavat olub. Bu göstərici 2021-ci illə (1316 meqavat) müqayisədə 1,74 faiz artıb.

IRENA-nın məlumatına görə, 2022-ci ildə bərpa olunan enerji mənbələrinin payına dünyanın müəyyən edilmiş enerji gücünün 40 faizi düşüb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti