Bakı. Trend:
2023-cü ilin ortalarına doğru Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunun yeni strategiyasını təsdiqləməyi planlaşdırır.
Trend xəbər verir ki, bunu bu gün AMB-nin idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu strategiya beynəlxalq tərəfdaşlarla hazırlanır və Mərkəzi Bankın transformasiyası, bank və qeyri-bank əməliyyatlarının yeni inkişaf modeli məsələlərini əhatə edəcək.
"Strategiya banklar və qeyri-bank təşkilatları, sığorta sektorunun iştirakçıları və maliyyə texnologiyalarının tərtibatçıları ilə əlaqədar məsələləri, həmçinin Mərkəzi Bankın daxili transformasiya məsələlərini əhatə edəcək", - o deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)