...

DHMİ şirkəti Türkiyədə 20-dən çox layihə həyata keçirəcək

İqtisadiyyat Materials 3 May 2023 16:07 (UTC +04:00)
DHMİ şirkəti Türkiyədə 20-dən çox layihə həyata keçirəcək

Bakı. Trend:

2023-cü ildə Türkiyənin DHMİ GN. MD. şirkəti tərəfindən hava yolu sahəsi üzrə ölkədə 24 layihə həyata keçirəcək.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri 4,5 milyard lirədir.

“Bu il üçün nəzərdə tutulan layihələrin hamısı şirkət hesabına həyata keçiriləcək.” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ildə Türkiyədə hava yolu sahəsi üzrə 47 layihə həyata keçiriləcək.

Dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri 6,6 milyard lirədir.

Bu il üçün nəzərdə tutulan layihələrin hamısı şirkət hesabına həyata keçiriləcək.

Bundan əlavə, 2023-cü ildə Türkiyədə nəqliyyat və informasiya sahəsində 778 layihə həyata keçiriləcək.

Nəzərdə tutulan layihələrin ümumi dəyəri, 121,7 milyard lirədir.

Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 22,1 milyard lirədir.

Məlumatda qeyd olunub ki, keçən il Türkiyədə nəqliyyat və informasiya layihələrinə ümimilikdə 2,1 trilyon lirə dəyərində vəsait ayırılıb ki, bunlardan 502,5 milayrd lirə xarici kreditdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti