...

Azərbaycanda ümumi daxili məhsulun nominal həcmi son 20 il ərzində 22 dəfə artıb - Natiq Əmirov

İqtisadiyyat Materials 5 May 2023 11:56 (UTC +04:00)
Azərbaycanda ümumi daxili məhsulun nominal həcmi son 20 il ərzində 22 dəfə artıb - Natiq Əmirov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir.

Trend cümə günü xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, son 20 il ərzində ölkənin ÜDM-nin nominal həcmi 22 dəfə artaraq 133,8 milyard manata çatması bunu təsdiqləyir.

"Bundan başqa, elə həmin dövrdə ölkəmizin əhalisinin gəlirləri 13,7 dəfə, strateji valyuta ehtiyatları isə 2023-cü ilin aprel ayında 2003-cü ilə nəzərən 41 dəfədən çox artıb (2003-cü ildəki 1,6 milyard dollardan 65,9 milyard dollara çatıb)",- o deyib.

N.Əmirov qeyd edib ki, Azərbaycanın bank sektoru da ildən ilə dinamik inkişaf nümayiş etdirir.

"Qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan banklarının aktivləri 44,8 milyard manatdır, biznes kreditlərinin payına 11 milyard manatdan çox düşür. Həmçinin vurğulamaq istəyirəm ki, ölkədə dollarlaşma əhəmiyyətli dərəcədə azalıb, xüsusən xarici valyutada kreditlərin sayı xeyli azalıb", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti